“Tom və Cerri”dəki pişik kimi… - Xameneyidən ABŞ-a » Gecce.Az Xəbər Portalı
“Tom və Cerri”dəki pişik kimi… - Xameneyidən ABŞ-a

“Tom və Cerri”dəki pişik kimi… - Xameneyidən ABŞ-a


İranın ali dini lideri ayətulla Əli Xameneyi nüvə sazişindən təktərəfli ayrılan ABŞ-ın irəli sürdüyü yeni şərtlərə cavab verib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Xameneyi bunun yeni bir şey olmadığını qeyd edib:

“İnqilabdan bu yana qurduqları bütün tələlərin məqsədi rejimi devirməkdir. Müxtəlif siyasi, iqtisadi, hərbi və təxribat cəhdləri etdilər, lakin Tom və Cerri cizgi filmindəki pişik kimi uğursuzluğa düçar oldular”.

Ali dini lider nüvə sazişinin davam etdirilməsi üçün Avropa ölkələrinə şərtlərini də açıqlayıb. Bu şərtlər arasında İranın Yaxın Şərqdəki fəaliyyəti və ballistik raket proqramının sorğu-sual olunmaması, ABŞ-a qarşı yeni qərarın çıxarılması, ABŞ-ın İran əleyhinə sanksiyalarına qarşı çıxmaq, İranın neft ixracı və Avropa bankları ilə əlaqələri məsələsində təminat alması var.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort