Beş qonşusunu güllələyib öldürdü, biri uşaqdır - Rusiyada dəhşət

Beş qonşusunu güllələyib öldürdü, biri uşaqdır - Rusiyada dəhşət


Rusiyanın Yakutiya bölgəsində 65 yaşlı kişi ov tüfəngi ilə qonşularını güllələyib, daha sonra intihar edib.

Ölənlərdən biri 10 yaşlı uşaq olub.

Şahidlərin sözlərinə görə, qatil əvvəlcə qonşunun evinə girərək 66 yaşlı ata və 38 yaşlı oğlunu öldürüb. Daha sonra atəş səsinə çölə çıxan digər qonşusunu - 60 yaşlı kişini qətlə yetirib. Silahlı şəxs sonra digər qonşunun evinə daxil olaraq 34 yaşlı qadını və oğlunu güllələyib. Ana və 10 yaşlı oğlu ölüb, çarpayının altında gizlənən 12 yaşlı qızı isə möcüzə nəticəsində sağ qala bilib.

Qatil evinə qayıdaraq intihar edib.

Məlum olub ki, adı açıqlanmayan kişi həmin kənddə 10 ildən çoxdur yaşayıb. Kənd sakinlərinin sözlərinə görə, qatil tək yaşayıb və kənddə heç kimlə ünsiyyəti olmayıb. Heç vaxt aqressiv davranış sərgiləməsə də, qəribə biri olaraq tanınıb.

Faktla bağlı cinayət işi açılıb.




“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti