Tramp arvadının adını səhv yazdı

Tramp arvadının adını səhv yazdı


ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampın adını səhv yazıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, böyrəyindən əməliyyat olunan birinci xanım Ağ Evə qayıdıb. Bu münasibətlə xanımına aid tvit paylaşan Tramp qısa müddət sonra sosial şəbəkə istifadəçilərinin dilinə düşüb. Belə ki, prezident arvadının adını “Melani” yazıb:

“Çox gözəl hadisədir ki, birinci xanımımız Ağ Evə qayıtdı. Melani özünü yaxşı hiss edir”.

5 dəqiqə sonra isə Tramp səhvini başa düşüb və həyat yoldaşının adını “Melaniya” düzəldib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti