Hər kəsin öldü dediyi gənc qız 4 il sonra gözlərini açdı

Hər kəsin öldü dediyi gənc qız 4 il sonra gözlərini açdı


Viktoria Arlen - həyatındakı böyük problemlərin öhdəsindən gələn bir qadın.

Gecce.az milli.az-a istinadən xəbər verir ki, hələ 11 yaşı olarkən səhhətindəki problem səbəbindən, beynində və onurğasında şiş aşkar olunmasından sonra həkimlərin "Artıq öldü", ailəsinin isə "Onu itirdik!" dediyini söyləsələr də Viktoria hər kəsi təəccübləndirməyi bacarıb. Bəlkə də buna inanmazsınız, amma gənc xanım indi sap-sağlamdır.

Arlenin həkimləri ailəsinə bəd xəbəri verəndə yaxınları artıq acı həqiqətlə barışmışdılar. O vaxt Arlen hərəkət etməkdə, danışmaqda çətinlik çəkməyə başlamışdı. O, 4 il boyunca bu əzab içində yaşamağa davam etdi.

Viktorianın anası Jacqueline bunları deyib: "Qızım getdikcə "əriyirdi". Gözləri açılmırdı. Onu gözüm önündə itirirdim".

2010-cu ildə Viktoria anası ilə illər sonra ilk dəfə göz təması qurub.

Hər kəsin "öldü" dediyi qız 4 il sonra gözlərini açdı

Bundan sonra yavaş-yavaş düzəlməyə başladı. Barmaqlarını oynada bilir və əl edirdi. Ağzından öncə kəlmələr, sonra da cümlələr eşidilməyə başladı.

Victoria inanılmaz dərəcədə güclüydü. İmkansızı bacarmışdı. Həkimlər ona heç vaxt yeriyə bilməyəcəyini söylədiyində onlara inanmadı. Həyatı boyunca əlil arabasında gəzməyəcəyini düşünürdü.

Viktorianı 2010-cu ildə ailəsi hovuza aparmağa başladı.

O, heç kimin gözləmədiyi bir anda suyun üstündə qalmağa və üzməyə başladı. Üzmək ona, sadəcə, azadlığını deyil, özünə inamı da geri qaytardı. 2012-ci ildə Viktoria - 17 yaşı olarkən Paralimpiya Oyunlarına qatıldı. 100 metr sərbəst üzmə yarışında üç gümüş, bir qızıl medal qazandı.

Londondan evə qayıdanda onu artıq dünya tanıyırdı.

Möcüzəvi bir şəkildə 2015-ci ilin 11 noyabr tarixində Viktoria əlil arabasından qalxıb ilk addımlarını atdı.

Viktorianın bu həyat hekayəsi indi milyonlarla insana ilham mənbəyi olur.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort