Başı ağrıyan kişini rentgenə saldılar: Həqiqəti görən həkim şok oldu

Başı ağrıyan kişini rentgenə saldılar: Həqiqəti görən həkim şok oldu


40 il öncə əsgərlik xidməti dövründə qaçaqmalçılarla atışma zamanı üzündən vurulan şəxsin başında güllə unudulduğu ortaya çıxıb.

Türkiyənin Trabzon şəhərinin Arsin qəsəbəsində yaşayan 61 yaşlı Mustafa Tiryaki 1978-ci ilin 29 iyul tarixində hərbi xidmətini yerinə yetirərkən Suriya sərhəddində vurulub.

Təxminən 2 ay müalicədən sonra Tiryakinin üzündəki 4 güllə çıxarılıb. Tiryaki sonralar başı tez-tez ağrıdığı üçün dərman qəbul edib. Ancaq ağrıların şiddətli şəkil almasından sonra xəstəxanaya yollanan Tiryakinin rentgen ve tomoqrafiya nəticələrinə görə beyinin sol alt yarım kürəsində güllə olduğu məlum olub.

Tiryaki "Əsgərlik çəkdiyim illərdə xəstəxanalarda bugünkü kimi cihazlar yox idi. Həkim əməliyyat ilə güllənin çıxarılmasının mümkün olduğunu dedi. Bir az risklidir, amma başqa yolum yoxdur. Mən, sadəcə, bu əməliyyat zamanı ölsəm, şəhid sayılacağammı, o, məni düşündürür" deyib.

Beyin və Sinir Cerrahı Ahmet Çubukçu isə "Burada güllə beyinə zərər verməyib, dəri altının bir az içərisində qalıb. Ancaq bunu müayinə zamanı həkimlər necə görməyiblər, anlamadım. Metal parçası beyinə zərə verməyən bir hissədə olduğu üçün narahatlıq yaratmayıb" deyib.

Milli.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort