Türkiyədə iki deputatın mandatı əlindən alındı » Gecce.Az Xəbər Portalı
Türkiyədə iki deputatın mandatı əlindən alındı

Türkiyədə iki deputatın mandatı əlindən alındı


Türkiyədə Xalqalrın Demokratik Partiyasının (HDP) iki deputatı - Osman Baydəmir (Şanlurfa) və Səlma Irmakın (Hakkari) mandatları əlindən alınıb.

Qərar parlamentdə keçirilən səsvermədən sonra elan edilib.

Bununla da mandatı əlindən alınan deputatların sayı 11-ə çatıb. Hazırda parlamentdə HDP-nin 48 deputatı qalıb.

Qeyd edək ki, Səlma Irmak “terror təşkilatına üzv olmaq” və “terrorizm təbliğatı aparmaq” maddələri ilə 10 il, Osman Baydəmir isə polisi təhqir etdiyi üçün 17 ay həbs cəzası almışdı. Hazırda hər iki şəxs həbsxanada cəzasını çəkir.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort