Bir oğrunu tutmaq üçün 6600 polis axtarışa başladı

Bir oğrunu tutmaq üçün 6600 polis axtarışa başladı


Yaponiyada həbsxanadan qaçan bir oğrunu tutmaq üçün 6600 polis vəzifələndirilib.

27 yaşlı Tatsuma Hirao 8 apreldə qaçsa da, hələ də onu tutmaq mümkün olmayıb.

Onun həbsxanadan qaçdıqdan sonra avtomobil oğurladığı da bildirilir. Hiraonun hazırda Mukaşima adasında olduğu ehtimal edilir. Əraziyə çoxlu sayda polis və helikopter cəlb edilib. Lakin, 1000-ə yaxın boş yazlıq evin olduğu adada ev sahiblərindən icazə alınmadığı üçün axtarışların aparılması ləngiyib.

Qeyd edək ki, 2013-cü ildə oğurluq törətdiyinə görə həbs edilən və 5,5 il cəza alan Hirao bir neçə ay sonra azadlığa çıxacaqdı.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti