Sərnişin təyyarə ekipajını girov götürdü - Çində

Sərnişin təyyarə ekipajını girov götürdü - Çində


“Air China” şirkətinin Çanşadan Pekinə uçan təyyarəsi sərnişinlərdən birinin heyət üzvünü girov götürməsi səbəbindən Cıncou şəhər aeroportuna məcburi eniş edib.

Gecce.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata əsasən, Çanşa şəhərindən 8:40-da havaya qalxan və CA1350 nömrəli reyslə uçan təyyarə cədvəl üzrə 11:00-da Pekinə çatmalı idi. Amma sərnişinlərdən birinin heyət üzvünü girov götürməsi ilə əlaqədar kapitan təyyarəni yerli vaxtla təxminən saat 10:00-da Cıncou şəhəri aeroportuna endirməyə qərar verib.

Bildirilir ki, şübhəli şəxsdən başqa bütün sərnişinlər təyyarəni tərk edib. Polis qüvvələri hadisə yerinə cəlb olunub.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort