Müğənni barəsində həbs qərarı verildi - Ərdoğanı təhqir etmişdi

Müğənni barəsində həbs qərarı verildi - Ərdoğanı təhqir etmişdi


Türkiyəli müğənni Zuhal Olcay barəsində həbs qərarı çıxarılıb.

Onun həbs edilməsinə səbəb ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməsidir.

Məhkəmə onun barəsində 10 aylıq həbs qərarı verib.

Qeyd edək ki, Z. Olcay tədbirlərin birində çıxışı zamanı ölkə prezidentinə həsr olunan mahnının ardından ona qarşı əl işarəsindən istifadə etdiyi üçün haqqında 4 il 8 ay müddətində həbs edilməsi üçün iddia qaldırılmışdı.

O, bundan əvvəl vəzifəli şəxsi təhqir etdiyi üçün 10 min 620 lira məbləğində cərimələnib.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti