Tramp Çini cəzalandıracaq

Tramp Çini cəzalandıracaq


Çinin Amerikanın texnoloji və ticari sirrlərini oğurladığını əsas gətirərək ABŞ Ticarət Nümayəndəliyi (USTR) keçən ilin avqust ayından başlatdığı istintaq çərçivəsində həmin ölkənin Amerikadakı iqtisadi fəaliyyətini məhdudlaşdıracağını açıqlayıb.

Çindən idxal olunan elektron cihazlardan tutmuş ayaqqabıya qədər bir çox məhsullar üçün 50 milyard dollar həcmində gömrük vergisi alınacağı gözlənilir. Bundan əlavə, Amerikadakı Çin şirkətlərinə bəzi məhdudiyyətlər qoyulacağı da bildirilib.

Ağ Evdən verilən məlumata görə, bu gün Amerika prezidenti Donald Tramp Çinə qarşı hansı iqtisadi məhdudiyyətlər tətbiq edəcəyini açıqlayacaq.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti