Ölmüş sahibini xəstəxana qarşısında 4 ay gözlədi - FOTOLAR

Ölmüş sahibini xəstəxana qarşısında 4 ay gözlədi - FOTOLAR


Öz sahibinə sonsuz sevgi ilə bağlanan it bütün San-Paulu sakinlərini duyğulandırıb.

İtin 59 yaşlı sahibi ağır halda xəstəxanaya çatdırılıb. İt təcili yardım avtomobilinin arxasınca gəlib.
Sahibinin xəstəxanada keçindiyindən xəbəri olmayan zavallı heyvan 4 ay müddətində xəstəxananın girişində gözləyib.

İnsanlar hər gün gözlərini qapıya zilləyərək sahibinin çıxacağını gözləyən itin şəkillərini çəkib sosial şəbəkədə yayandan sonra ona sahib çıxmaq istəyənlər çoxalıb.

Hətta bir nəfər onu evinə aparıb. Ancaq vəfalı it 3 km qət edərək yenidən xəstəxananın həyətinə qayıdıb.

Sonda xəstəxanadakı həkimlərdən biri-Letisiya Bertoluşşi onu evinə apara bilib. İt yeni sahibini hələ ki, tərk etməyib.(sonxeber)

Ölmüş sahibini xəstəxana qarşısında 4 ay gözlədi - FOTOLAR

Ölmüş sahibini xəstəxana qarşısında 4 ay gözlədi - FOTOLAR
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti