“600 milyon dollar təklif edildi, Telman İsmayılov satmadı...”

“600 milyon dollar təklif edildi, Telman İsmayılov satmadı...”


Hazırda axtarışda olan keçmiş azərbaycanlı milyarder-oliqarx Telman İsmayılovun Antalyadakı “Mardan Palace” otelinin nümayəndəsi obyektin “Rixos Group”a satılacağı haqda xəbərləri “şaiyə” adlandırıb.

Gecce.az Virtualaz.org-a istinadən xəbər verir ki, Telman İsmayılovun otelinin “Rixos Group”un sahibi olan türkiyəli iş adamı, əvvəllər Fətullah Gülən camaatına mənsub olmuş Fəttah Temincəyə satılması üçün danışıqlar getdiyi barədə bundan əvvəl Türkiyə mənbələri xəbər yaymışdı. Bildirilirdi ki, danışıqların nəticələri gələn həftə açıqlana bilər.

Mənbə deyib ki, “Rixos Group”un “Mardan Palace” otelinə maraq göstərməsi doğrudur, amma bunlar hələ söz-söhbət səviyyəsindədir. Və sövdələşmənin baş tutması ehtimalı azdır:

““Rixos şəbəkəsi hazırda çətin ki, “Mardan Palace” otelini almaq üçün lazım olan vəsaiti tapa. Şəbəkənin müxtəlif ölkələrdə tikintisi davam edən otelləri var, onlar yarımçıqdır və maliyyə tələb edir. Hazırda “Mardan Palace” 400 milyon dollar səviyyəsində qiymətləndirilir. Əvvəl Qətərdən olan iri investor 600 milyon dollara almaq istədi, Telman İsmayılov razılaşmadı”, - deyə həmin mənbə bildirib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti