Afrində daha bir qəsəbə azad edildi

Afrində daha bir qəsəbə azad edildi


Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında daha bir qəsəbə ələ keçirilib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, gün ərzində atışmalarda 149 terrorçu məhv edilib.

Bununla da əməliyyatın başladığı 20 yanvar tarixindən etibarən keçirilən əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayı 3089-a çatıb.

Məlumat üçün bildirək ki, Afrin 6 böyük qəsəbədən - Racu, Bülbül, Şeyx Hadid, Cindərəsi, Şəran və Mabatlıdan ibarətdir. Artıq bunlardan Racu, Bülbül, Şəran və Cindərəsi azad edilib.

30-u strateji yüksəklik, 122-si kənd və 5-i qəsəbə olmaqla, ümumilikdə 155 məntəqə terrorçulardan təmizlənib. Türkiyə ordusu isə 42 şəhid verib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort