"Öldürüb atıblar..." - Meyiti dərədən tapılan nişanlı gəncin qətli ilə bağlı təfərrüat

"Öldürüb atıblar..." - Meyiti dərədən tapılan nişanlı gəncin qətli ilə bağlı təfərrüat


Bir neçə gün bundan əvvəl itkin düşən Cəlilabad sakininin meyiti rayonun Musalı kəndi ilə Ləkin kəndi arasındakı dağlıq ərazidə tapılıb.

Gecce.az ARB TV-yə istinadla xəbər verir ki, bunu görən kənd sakinləri dərhal polisə xəbər veriblər.

Hadisə yerinə gələn polis əməkdaşları onun bir müddət əvvəl itkin düşən Musalı kənd sakini, 22 yaşlı Sirus Nəsirov olduğunu təyin ediblər. Hadisə şahidlərinin sözlərinə görə, meyitin üzərində döyülmə izləri olub. Ehtimal olunur ki, naməlum şəxs və ya şəxslər onu döyərək qətlə yetiriblər.

Qeyd edək ki, Sirus Nəsirov mart ayının 2-də axşam saatlarında evdən çıxıb.Yaxınları 3 gün ərzində onu axtarsalar da tapa bilməyiblər.

Mərhumun dayısı: '"Günorta məlumat gəldi ki, dərənin içində cəsəd var. Polis əməkdaşlarıyla getdik həmin əraziyə. Məlum oldu ki, öldürüb, atıblar dərəyə".

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

12.12.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort izmir escort