Quraqlıq başladı, yırtıcı heyvanlar kəndlərə hücum etdi

Quraqlıq başladı, yırtıcı heyvanlar kəndlərə hücum etdi


Afrikada yerləşən Keniyada insanlar son zamanlar vəhşi heyvanların hücumuna məruz qalır.

“Qafqazinfo” “Dünya Bülteni”nə istinadən xəbər verir ki, bir neçə gün öncə bir leopardın Çeribo kəndinə hücum etməsi nəticəsində 10 nəfər yaralanıb.

Eyni kənddə bu hadisədən 2 gün öncə başqa bir leopard 11 qoyunu parçalayıb. Lakin kəndlilər oxla onu vurub öldürüb.

Bundan başqa, Makueni əyalətində çayda balıq tutan bir nəfəri timsah yeyib.

Homa Bay əyalətində Viktoriya gölündən su götürmək istəyən bir qadına da timsah hücum edib. Lakin, o yaxınlıqdakı balıqçıların köməyi ilə ağır yaralı halda xilas edilib.

Qeyd edək ki, Keniyada son aylarda yaşanan quraqlıq səbəbindən vəhşi heyvanların yaşayış yerlərinə hücum etməyə başlayıblar.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort