Arvadını güllələdi, ağladığını eşidib ölmədiyini gördü və... - 2 uşaq atasından DƏHŞƏTLİ ƏMƏL

Arvadını güllələdi, ağladığını eşidib ölmədiyini gördü və... - 2 uşaq atasından DƏHŞƏTLİ ƏMƏL


Konyanın Kadınhanı bölgəsində boşanma məhkəməsi davam edən 2 uşaq anası Cennet Ayhan ilə atası Hacı İbrahim Akayı güllələyən Hüseyn Ayhan həbs edilib.

Həyat yoldaşı və qaynatasını öldürən H.Ayhan 4 ay imiş ki tək yaşayırmış.

Qaynatasının evinə gedən, lakin içəri buraxılmayan Hüseyn avtomobilinin baqajında gizlətdiyi tüfənglə əvvəlcə qaynatasını, sonra isə həyat yoldaşını güllələyib. Ən dəhşətli məqam isə odur ki, o, geri qayıdarkən Cennetin ağlaya-ağlaya atasına "Ata, nə olar, aç gözünü" sözlərini eşidib. Arvadının ölmədiyini görən Hüseyn onu yenidən güllələyib və Cennetin öldüyünə əmin olduqdan sonra hadisə yerini tərk edib.

BiG.AZ
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti