Daxili işlər nazirinin olduğu vertolyot qəzaya düşüb - 2 ölü

Daxili işlər nazirinin olduğu vertolyot qəzaya düşüb - 2 ölü


Meksikada daxili işlər naziri Alfonso Navarreteni və Oaxaka ştatının qubernatorunun olduğu vertolyot qəzaya düşüb.

Bu varədə ölkənin Daxili İşlər Nazirliyinin tvitter hesabına məlumat verilib.

Məlumata görə, məmurların olduğu hərbi vertolyot zəlzələdən zərər çəkən bölgələrin üzərindən yoxlama uçuşu həyata keçirirdi.

Vertolyotun düşməsi nəticəsində yerdə olan iki nəfər ölüb. Göyərtəsində olan nazirlə qubernator isə yüngül xəsarətlərlə xilas ola biliblər.

İlkin məlumata görə, vertolyot 30 metr yüksəklikdə idarəetməni itirib və avtomobilin üzərinə düşüb.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
29 ildir evlidirlər...

25.06.2018 / 12:00
Daha bir yol bağlanır

25.06.2018 / 11:07
10 günlük eşq bitdi

24.06.2018 / 21:00
 
Xəbər lenti