26 gündə neçə terrorçu öldürülüb? - Hesabat

26 gündə neçə terrorçu öldürülüb? - Hesabat


Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 1485-ə çatıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu gün qurudan və havadan həyata keçirilən əməliyyatlar nəticəsində 46 terrorçu məhv edilib.

Bununla da əməliyyatın başladığı 20 yanvar tarixindən etibarən zərərsizləşdirilən terrorçu sayının isə 1485-ə çatıb.

Digər tərəfdən Afrinin şimal-qərbində Kude kəndi də terror təşkilatı PYD-PKK-dan təmizlənib.

Hazırda əməliyyatlar davam edir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti