"Mənimlə evlənməsən, cinlər səni öldürəcək" - Azyaşlı qızı aldadıb evləndi

"Mənimlə evlənməsən, cinlər səni öldürəcək" - Azyaşlı qızı aldadıb evləndi


Özünü bioenerji mütəxəssisi kimi tanıdan kişi məktəbli qızı "mənimlə evlənməsən, cinlər səni öldürəcək", -deyərək aldadıb.


Gecce.az goldnews.az-a istinadən xəbər verir ki, bioenerji mütəxəssisi olduğunu deyən Metin K.-nın məktəbli Fatmanur K.-nı qorxutduğu, nikahdan sonra isə qızla birlikdə itkin düşdüyü bildirilib. Gənc qızın ailəsi Türkiyənin "ATV" ekranlarında Müge Anlının aparıcılığı ilə yayımlanan "Tatlı sərt" proqramına müraciət edərək çarə axtarırlar.

İzmirdə yaşayan Ercan-Ayşe Koçyiğit cütlüyü polisə müraciət edərək, 19 yaşlı qızları Fatmanurun bioenerji mütəxəssisi olduğunu deyən Mətin K. tərəfindən qorxudularaq qaçırıldığını irəli sürüblər.

Qızlarından 14 gündən bəri xəbər almayan ailə proqrama müraciət edərək başlarına gələnləri belə nəql ediblər:

"Kiçik övladımız xəstə idi. Bir gün qızımız Fatmanurun sevgilisi bizə Mətin K.-ya müraciət etməyimizi məsləhət gördü. Onun yanına apardıqdan sonra övladımız gün keçdikcə sağalmağa başladı. Mətin K. artıq ailə dostumuz olmuşdu".

Ailə hadisəni izah etməyə belə davam edib: "Bir müddətdən sonra universitetə hazırlaşan qızım xəstələndi. Mətin K., "onu da müalicə edərəm" dedi. Qızım universiteti qazanmışdı. Oxumağa gedəcəkdi. Mətin K. isə, "Fatmanuru ora göndərməyin, onun bədəninə cinlər daxil olub, universitetə getsə, ölər" dedi. Biz də kiçik övladımızı sağaltdığı üçün ona inandıq. Bir müddətdən sonra isə o, qızımızın ailə qurmalı olduğunu söylədi. Yalnız kağız üzərində olacaq, mənimlə 4 ay evli qalsa, xilas olacaq. İnandıq və qızımızı onunla evləndirdik. Ancaq nikahdan sonra qızımızı da götürüb, itib. Qızımızın həyatından narahatıq".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
10 günlük eşq bitdi

24.06.2018 / 21:00
 
Xəbər lenti