Polis sosial şəbəkədə tanış olduğu qıza təcavüz etdi - Hakim azadlığa buraxdı

Polis sosial şəbəkədə tanış olduğu qıza təcavüz etdi - Hakim azadlığa buraxdı


21 yaşlı qadına təcavüz etdiyi iddia olunan polis əməkdaşı sərbəst buraxılıb.

Gecce.az unikal.org-a istinadən Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mardində sosial şəbəkədə tanış olduğu xanıma təcavüz etdiyi iddia edilən özəl hərəkat polisi B.K üçün 12 il həbs istənilib. Ancaq cinayəti onun törətdiyi sübuta yetirilmədiyi üçün polis əməkdaşı həbs edilməyib.

Baş tutan məhkəməyə Mardində intihara təşəbbüs göstərən zərərçəkmiş M.B. şübhəli B.K. və vəkilləri qatılıb.

Bundan əlavə prosesi HDP Şırnak millət vəkili Leyla Birlik, Mardin Qadın Platforması və Qadın Haqqları Mərkəzi üzvləri də izləyib.

Proses başlamamışdan əvvəl məhkəməyə müraciət edən zərərçəkmişin vəkili Gülşen Özbük polisin nişanlısının məhkəmə zalına silahla girdiyini bildirib. Vəkil onun məhkəmədən çıxarılmasını və ya silahın əlindən alınmasını tələb edib. Bundan sonra polisin nişanlısının silahı əlindən alınıb.

İfadə verən B.K özü haqqında deyilənləri rədd edib və bildirib ki, öz istəyi ilə cinsi əlaqədə olublar. Şübhəlinin vəkili Engin Hamidi isə qarşı tərəfin məhkəmənin qərarına təsir etmək istədiklərini deyib:

"Mətbuatda onun özəl hərəkat polisi əməkdaşı olduğu ön plana çəkilir. Qadının intihara cəhd etdiyi deyilir. İntihar edən adam "Mən intihar edəcəyəm” deyə zəng edərmi? Məhz B.K-nın həbs olunması üçün bunu söyləyirlər. Belə bir şey yoxdur. Zərərçəkmişin döyülməsi və ya ona qarşı hansısa güc tətbiq edilməsi barədə deyilən ifadələr də kökündən yalandır. O, döyülməklə bağlı sənədi aldıqdan sonra 3 kişiylə eyni bir evdə qalıb. 30 saat sonra şikayət etməyə gedib”.

Qısa fasilədən sonra qərarını açıqlayan məhkəmə şübhəli B.K-nın dəlil yetərsizliyi səbəbiylə azadlığa buraxıb.

Qeyd edək ki, təcavüzə məruz qaldığını iddia edən M.B Mardindəki evində yüksək miqadarda dərman içərək intihara cəhd edib. Ancaq təcili yardımın hadisə yerinə vaxtında gəlməsiylə onun həyatı xilas etmək mümkün olub.

Polis sosial şəbəkədə tanış olduğu qıza təcavüz etdi - Hakim azadlığa buraxdı


Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
10 günlük eşq bitdi

24.06.2018 / 21:00
 
Xəbər lenti