200 manatlıq bu eynəklə hamını LÜT GÖRÜRSƏN - Azərbaycanlı alim AÇIQLADI - FOTO

200 manatlıq bu eynəklə hamını LÜT GÖRÜRSƏN - Azərbaycanlı alim AÇIQLADI - FOTO


“Orijinal maldır. Yalnız dövlət işçilərində olan bu eynəkdən əlimizdə 4 dənə var. Bu eynək hər kəsi paltarsız göstərir. Qiyməti 220 AZN”.
Bu günlərdə qeyd etdiyimiz imkana malik olduğu deyilən eynək “İnstaqram”da satışa çıxarılıb.


Zaman-zaman bu cür eynəklərlə bağlı iddialar gündəmə gəlir. Bir eynəyi taxmaqla qarşındakını paltarsız görmək bir çoxları üçün əyləncəli olsa da, qanunlar bu məhsulların satışına qarşıdır. Çünki bu insanların həyatına birbaşa müdaxilə olardı. Əlbəttə, belə bir eynək olsaydı.

200 manatlıq bu eynəklə hamını LÜT GÖRÜRSƏN - Azərbaycanlı alim AÇIQLADI - FOTO


Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini Cavad Abdinov Publika.az-a açıqlamasında belə qurğuların mövcud olduğunu bildirib:
“Ancaq bu cür görmə funksiyası olan eynək görməmişəm. Çünki cismi görməyimiz üçün işıq şüası onun üzərinə düşməli, sonra isə həmin şüa əks olunub insanın gözünə düşməlidir. Yalnız bu zaman insan gözü həmin əşyanı görə bilər. Qaranlıqda gözümüzün görə bilməməsi də bu qanunla izah edilir. Əslində isə gözümüzün görmədiyi ultrabənövşəyi, infraqırmızı şüalar var. O şüaları görən qurğular var ki, onlarla gecə də, qaranlıqda da görmək mümkündür. Lakin bu cihazlarla insanı paltarsız vəziyyətdən görmək mümkün deyil”.
Direktor müavinin sözlərinə görə, insan gözü 300-400 mikrometrdən 800 mikrometrə qədər dalğa uzunluğunda olan şüaları görə bilir:
“Ondan uzun və qısaları görə bilmək üçün infraqırmızı, ultrabənövşəyi qurğular hazırlayırlar. Bu aparatlar qaranlıqda gələn şüaları da görə bilir. Rentgen aparatı belə qurğulardandır. Rentgen aparatının altında insanın daxili orqanlarını görmək olur, lakin bunlar hamısı ləkə kimi görünür. Orqanların rəngi bir az açıq, sümüklər bir az tünd formada görünür. Lakin eynəyin rentgen aparatı kimi görməsi üçün gərək aparatın xüsusiyyətləri eynəyə köçürülsün. Bu, artıq eynək yox, qurğu hesab edilir. Bu qurğunu isə gözə taxacaq qədər minimallaşdırılmasına inanmıram. Eynək də bu cür qurğular şəklinə salınsa, o da ətdən, sümükdən keçərək daxili göstərə bilər. Amma insanın paltarının arxasını görmək üçün xüsusi şüalar olmalıdır. Adi şüalarla bu nəticəni əldə etmək mümkün deyil. Ən azından bu vaxta qədər elmə belə bir nəticə bəlli deyil. Elm nə qədər inkişaf etsə də, rentgen aparatlarının miniatür formasını hazırlaya bilməyib. Çünki bu aparatların işləməsi üçün bir mənbəyi olmalı, daim elektrik enerjisinə bağlı olmalıdır. Bu cür eynəklər hazırlansa belə, o rentgendə olduğu kimi görüntü təqdim edə bilər”.
Xüsusi şüalarla işləyə bilən cihazın onu istifadə edənə zərərinə gəldikdə C.Abdinov bildirib ki, rentgen şüaları kimi, bu aparatların da şüaları insan üçün zərərli hesab edilir:
“Hətta rentgen aparatı ilə işləyən həkimlərlə aparat arasında qurğuşun təbəqə olur ki, şüalar təsir etməsin. Bu eynəyi gözə taxıb gəzməyin nə qədər zərərli olduğunu təxmin etmək çətin deyil. İnanmıram ki, kimsə insanları paltarsız görmək üçün bu cür aparatları alıb istifadə etsin”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Kanaldan meyit tapıldı

18.10.2018 / 15:00
 
Xəbər lenti
                                                           
ankara escort