Adnan Oktarın kanalına cəza verildi

Adnan Oktarın kanalına cəza verildi


Türkiyənin Radio və Televiziya Ali Şurası ictimaiyyətdə “Adnan Hoca” kimi tanınan Adnan Oktara məxsus “A9” telekanalının yüksək məbləğdə cərimə edilməsi və verilişin yayımının 5 dəfə dayandırılması ilə bağlı qərar verib.

Həmin kanalda “Adnan Oktarla söhbətlər” adlı verilişdə səhnədəkilərin “Qurani Kərim”dən ayə oxunarkən arxada çalınan musiqi sədası altında oynamaları, üstəlik bəzi qadın iştirakçının efirdə etik olmayan hərəkətlər göstərməsi cəzaya səbəb olub.

RTÜK, verilişin dini formatdan çıxarılaraq əyləncə verilişinə çevrilməsini qadınlara qarşı təzyiqin təşviq edilməsi və qadınları istsismar etmək kimi dəyərləndirib.

Qeyd edək ki, bu il A.Oktar barədə 4592 şikayət verilib.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
100 il...

28.05.2018 / 10:00
 
Xəbər lenti
                                            
20:00 "Aynur Dadaşova kiminləsə dava edəndə efirə çıxır"