“Afrin əməliyyatı olacaq” - Türkiyənin müdafiə naziri

“Afrin əməliyyatı olacaq” - Türkiyənin müdafiə naziri


Türkiyənin Milli Müdafiə naziri Nurettin Canik Afrin əməliyyatı ilə bağlı açıqlama verib.

Nazir bu əməliyyatın baş tutacağını deyib:

“Türkiyəyə yönələn təhdid səviyyəsi hər gün daha da yüksəlir. Bu hərəkat olacaq, terror mübarizə həyata keçiriləcək. YPG-nin sahib olduğu bütün sistemləri bilirik. Onların böyük bir hissəsinin harada saxlanıldığını da. 25-30 min insana yetəcək qədər silah və sürsatları var.

Əllərində tank əleyhinə raketləri var, lakin biz də onlara qarşı silah sistemimizi təkmilləşdirmişik”.

Qeyd edək ki, daha əvvəl Suriya XİN-i açıqlama yayaraq bəyan etmişdi ki, Türkiyə ordusu Afrinə daxil olarsa, bunu təcavüz aktı kimi qəbul edəcəklər.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

14.11.2018 / 13:00
 
Xəbər lenti
                                                           
ankara escort