Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Uşaqlarını otağa salıb zəncirlədilər və...

Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Uşaqlarını otağa salıb zəncirlədilər və...


Amerikada 13 uşaqlı ailənin törətdiyi dəhşət dünya mediasını şoka salıb.


Valideynlərin uşaqların başına açdığı müsibətlərin üstünü 17 yaşlı qızları açıb. Yanvar ayının 15-i Amerikada yaşayan Turpin ailəsində dəhşətli hadisələr baş verib. Belə ki, 17 yaşlı qız polisə zəng edərək, evdən qaçdığını və daha 12 bacı-qardaşının evdə zəncirlə bağlı olduğunu deyib.

Polis şerifi Qreq Fellous uşağın polis bölməsinə gətirilməsini tapşırıb. Şerif uşağın yalan məlumat vermədiyini dəqiqləşdirmək üçün, ondan dediklərinə dair sübut istəyib. Qız isə sübut kimi polisə müxtəlif fotolar göstərib. Fotolarda uşaqların əl-qolu zəncirli olduğu görülüb.

Bunun ardından polis əməkdaşları qızın evinə xüsusi dəstə göndərərək axtarış aparıblar. Evə baxış zamanı köhnə, üfunət qoxan otaqda çarpayıya bağlanmış 12 uşaq tapılıb. Uşaqlardan kiçiyinin 2, böyüyün isə 29 yaşı olduğu deyilir. Günlərdir ac-susuz saxlanılan uşaqlar təcili xəstəxanaya aparılıblar.

57 yaşlı Devid Turpin və 49 yaşlı Luiza Turpin uşaqlara qarşı şiddətli davranış səbəbindən həbs olunublar. Qonşuların ifadəsinə görə, uşaqları demək olar ki, görməyiblər. Amma ildə bir neçə dəfə ailəlikcə gəzməyə çıxanda, uşaqların üzünü solğun və arıq görürmüşlər.

Cütlüyün yaxınları polisə ifadə verərək uşaqların bu vəziyyətdə saxlanıldığından xəbərsiz olduqlarını deyiblər. Baş verənlər qarşısında şoka düşüblər.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
10 günlük eşq bitdi

24.06.2018 / 21:00
 
Xəbər lenti