Türkiyədə azərbaycanlı narkotik alverçisi yaxalandı - Müştəriləri məşhurlardır

Türkiyədə azərbaycanlı narkotik alverçisi yaxalandı - Müştəriləri məşhurlardır


İstanbulda Beşiktaş, Şişli, Cihangir, Nişantaşı və Beyoğlundakı elit gecə klublarında narkotik satan və lideri azərbaycanlı olan dəstə yaxalanıb.

İstanbul Narkotik Cinayətlərlə Mübarizə şöbəsinin əməkdaşları dəstəni 6 ay boyunca təqib edib. Şübhəlilərin hər addımını izləyən polis 7 nəfərlik dəstənin liderinin azərbaycanlı Seymur R. olduğunu təsdiqləyib.

Dəstənin qaldığı evlərdə və iş yerlərində aparılan axtarış nəticəsində satışa hazır küllü miqdarda kokain və ekstazi atmaları ələ keçirilib.

Lüks gecə klublarında narkotik satan dəstənin əsas alıcılarının məşhur şəxslər olduğu ortaya çıxıb. Aralarında bir çox serialda oynayan məşhur aktyor Erman B.-nin olduğu açıqlanıb.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
"Aynur Dadaşova kiminləsə dava edəndə efirə çıxır"

26.05.2018 / 20:00
 
Xəbər lenti
      
20:00 "Aynur Dadaşova kiminləsə dava edəndə efirə çıxır"