Burun əməliyyatının qurbanı oldu

Burun əməliyyatının qurbanı oldu


Taylandlı gənc qadın burun əməliyyatının qurbanı olub.

Gecce.az metbuat.az-a istinadən bildirir ki, adı açıqlanmayan gənc qadın ucuz plastik əməliyyat etdirərək, burnunun şəklini dəyişmək istəyib. Lakin buruna qoyulan implant infeksiyaya səbəb olub və qadının dərisini deşərək çölə çıxıb. Çarəsiz qadın Banqkokda yerləşən başqa bir xəstəxanaya müraciət edərək müalicə olunmağa başlayıb. Daha sonra fotolarını sosial şəbəkələrdə paylaşaraq, insanlara ucuz plastik əməliyyatdan uzaq olmağa səsləyib.
Qeyd edək ki, insanın üzünü, yanaqlarını və burun şəklini dəyişmək üçün özəl hazırlanan slikon implantlar risk faktoruna sahib plastik əməliyyat növü hesab edilir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti