Trampdan növbəti İran açıqlaması

Trampdan növbəti İran açıqlaması


İranda davam edən etiraz aksiyaları ilə bağlı danışan ABŞ prezidenti Donald Tram daha bir açıqlama yayıb.

Amerika lideri tvitter hesabından növbəti qalmaqallı paylaşıma imza atıb.

O, iranlılara dəstək olacağını bildirib: “İran xalqı uyğun vaxtda ABŞ-dan böyük dəstək görəcək”.

Qeyd edək ki, Tramp əvvəlki paylaşımında aksiyalara münasibət bildirərək bunu "vətəndaşların barışcıl protestosu" adlandırıb:


"Rejimin korrupsiya əməllərindən və ölkənin varlığının xaricdə terrorizmə sərf edilməsindən bezən İran vətəndaşlarının barışcıl protestoları ilə bağlı məlumatlar gəlir. İran hakimiyyəti özünü ifadə etmək haqqı da daxil olmaqla öz xalqının haqlarına hörmətlə yanaşmalıdır. Dünya bu prosesi izləyir".

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Qadın meyiti tapıldı

25.06.2018 / 16:20
 
Xəbər lenti