Ürəyi olmadan yaşayan qadın

Ürəyi olmadan yaşayan qadın


Britaniyalı müsəlman qadın Selva Hüseyn 2017-ci ilin ən unikal qadını olub.

Yenicag.az-ın məlumatına görə, Selvanın unikallığı onun sinəsində ürəyinin olmamasındadır. Onun indiki ürəyi elektron motorla işləyən bir cihazdır. Selva cihazı daima özüylə, çiyin sumkasında daşıyır.

Qadının inanılmaz xəstəliyinin tarixi altı ay əvvəl başlayıb. İki uşaq anası olan 39 yaşlı Selva qəfildən təngnəfəslik və zəiflik hiss edib. Güclə avtomobilinə çatan qadın özünü rayon terapevtinə yetirib. Oradan qadını xəstəxanaya yönləndiriblər. Həkimlər onun ürəyinin işləmədiyini bildirib.

4 gün sonra Selva dünyanın ən məşhur xəstəxanalarından birinə müraciət edib. Onun səhhətinin pis olduğunu görən əri son dərəcə riskli bir əməliyyata razılıq verib. Həkimlər Selvanın xəstə ürəyini yerindən çıxararaq, onun əvəzinə süni ürək quraşdırıblar.

Yenidən yaşamağı öyrənmək məcburiyyətində qalan müsəlman qadın bu yeni ürəyini daim özüylə daşımalıdır. Əgər cihaz xarab olarsa və ya batareyası ölərsə, Selvanın yaxınlarının ehtiyat cihazı qoşmaq üçün cəmi 90 saniyəsi olacaq. Əks təqdirdə qadın öləcək.

Belə çətin bir vəziyyətdə Selvanın iki azyaşlı uşağı – bir yaşlı qızı və 5 yaşlı oğlu ona yaşamaq üçün motivasiya verir.
Ürəyi olmadan yaşayan qadın
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bacıların göz yaşı

22.10.2018 / 14:00
Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi

21.10.2018 / 15:30
 
Xəbər lenti
             
Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi 15:30 Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi
                                             
ankara escort