Boşanmaq üzrə olan qadın həyatının şokunu yaşadı - Qapını açanda iki qızını əri ilə...

Boşanmaq üzrə olan qadın həyatının şokunu yaşadı - Qapını açanda iki qızını əri ilə...


Ötən gün İstanbulun Maltepe rayonunda Ali Yardım (29) adlı şəxs, 2 və 4 yaşlarında 2 qızını tüfəngdən atəş açıb öldürdükdən sonra özünü vurub.

Arvadından boşanmaq üçün məhkəmə prosesləri davam edən Ali Yardımın həyat yoldaşı ilə yaşayan 2 qızını dünən evinə gətirdiyi məlum olub.

Hadisə 18:30 radələrində qeydə alınıb. İddiaya görə, ana Dilek Yardım gün boyu atalarının yanında qalan iki qızını götürmək üçün boşanmaq üzrə olan ərinin evinə gəlib. Evə daxil olanda əri Ali Yardım, qızları 4 yaşlı Elif Mina və 2 yaşlı Miray Hiranın cəsədi ilə qarşılaşıb. Ana qarşılaşdığı mənzərə qarşısında şok keçirib.

İstintaq sonrası məlum olub ki, ata iki azyaşlı qızını tüfəngdən atəş açaraq öldürdükdən sonra, eyni silahla özünü vurub. Ali Yardım həmin mənzildə kirayə qalıb.

Dilek Yardımın yaxınlarından İlyas Çakır "Yazdan bəri boşanmaq üçün məhkəmə prosesləri davam edirdi. Ali Dileki təhdid edirdi. Bir neçə dəfə həbsxanada yatıb. Polisin nəzarəti altında uşaqlarını görməyə icazəsi var idi. Bu gün də icazə günü idi. İçəridə içki şüşələri olub" ifadələrini işlədib.

Qeyd edək ki, Ali Yardımın həftədə 1 gün qızları ilə qalmasına icazə verilibmiş.

Milli.Az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti