QƏRAR: 9 yaşlı qızlar hamilə, 12 yaşlı oğlanlar ata ola bilər

QƏRAR: 9 yaşlı qızlar hamilə, 12 yaşlı oğlanlar ata ola bilər


Türkiyənin Diyanət rəsmi saytında azyaşlıların yeniyetməlik dövrünə qədəm qoyarkən evlənə biləcəyini bildirib.

A24.az xəbər verir ki, Diyanət qızlar üçün yeniyetməlik dövrünün ən aşağı yaş həddinin 9, oğlanlar üçün isə 12 olduğunu açıqlayıb. Diyanət qızların 9 yaşındaykən hamilə qalacağını və 12 yaşına girdikdə kişilərin də ata ola biləcəyini bildirib.

İdarəyə görə yeniyetmə qızlar evləndiyi zaman valideynlərinin yanında olmasanın daha uyğun olduğunu və “valideynlər olmasa da olar” – kimi yanaşma ortaya qoyub.

Diyanətin bu cür qərar çıxarmasında əlbəttə ki, inandıqları hədislərin böyük rolu var. Çünki uydurma hədislərə görə Məhəmməd peyğəmbər Aişə 6 yaşında olarkən onunla evlənib.

Bununla bağlı aşağıdakı hədisə baxaq: “Urvə dedi: “Peyğəmbər Aişə ilə, Aişə altı yaşında ikən evlənib…” (Səhih Buxari “Nigah” bab 60 hədis 90; Sünən ibn Macə “Nigah” bab 13 hədis 1876, 1877)

Bəs Quran bu barədə nə deyir? Quran az yaşlılarla evlənməyə icazə verirmi ?

“Yetimləri evlilik yaşına çatana qədər imtahana çəkin. Əgər onların rüşd dövrünə çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın.” (“Nisa” surəsi, 4/6)

Bu ayədə olan “rüşd” kəlməsi evlilik yaşı üçündür. “Rüşd» – doğru yolu bilmək” – mənasını verir.

Rüşd dövrü insanın artıq öz malı-mülkünü idarə edə biləcəyi bir yaş dövrüdür. Az yaşlı uşaq mal-mülkü idarə edə bilərmi? Əlbətdə ki, xeyr! Ama rəvayətlərə əsasən Aişəni uşaq ikən, ağlı hələ kəsmədən evləndiriblər.
“Aişə belə demişdir: Mən altı yaşımda bir qız ikən Peyğəmbər məni nikah əqdiylə zövcəliyə almışdı. (Üç il sonra) biz Mədinəyə hicrət etdik. Bir dəfə mən yoldaşlarımla birlikdə yelləncəkdə oynayarkən anam Ümmü Ruman mənə doğru gəldi və çağırdı. Yorğunluqdan kobud-kobud nəfəs alırdım. Nəhayət, tənginəfəsliyim bir az səngidi. Sonra anam bir az su aldı. Onunla üzümü, başımı təmizlədi. Sonra məni evə qoydu. Evdə Ənsardan bəzi qadınlar hazır idilər. Bunlar mənə:
– Xeyr və bərəkət üzrə gəldin, xeyirli qismətə gəldin, dedilər.
Anam məni bu qadınlara təslim etdi. Bunlar da mənim geyimimi, paltarımı düzəltdilər və Rəsulullaha təslim etdilər. Məni heç sıxmadı, ancaq Rəsulullahı xəbərsiz görüncə sıxıldım. Ənsar qadınları məni Rəsulullaha təslim etdiklərində, mən doqquz yaşında bir qız idim.” (Səhih Buxari “Ənsarın mənaqibləri” bab 43, hədis 114 ; Səhih Muslim “Nigah” bab 10 hədis 69-72)

“Mən qız şəklində düzəldilmiş oyuncaqlarla oynayardım. Bəzən (bu oyuncaqlarla oynayarkən) yanımda kiçik qızlar da olardı. Rəsulullah da yanıma gələrdi. O girincə (məni yalnız buraxıb) çölə çıxardılar. (Rəsulullah yanımdan) çıxınca da, (içəri) girərdilər.” (Sunən Əbu Davud “Ədəb” bab 55, hədis 4931, 4932, 4933; Səhih Muslim “Nigah” bab 10, hədis 71)

Bu rəvayətlərə görə Aişə evləndiyi zaman oyuncaqlarla oynayan, ağlı kəsməyən yaşında olub… Quran isə buna tam qarşıdır. Necə ola bilər Rəsulullah ağlı kəsməyən, oyuncaqlarla oynayanla bir qızla evlənsin? Bu Qurana tamamən ziddir. Demək ki, mütləq şəkildə Aişə evləndiyi zaman ağlı kəsən, doğru yolu tapa bilmə (rüşd) yaşında olub.

“Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir.” (“Əhzab” surəsi, 33/21)

Əgər Rəsulallah bizə nümunədirsə, demək əsla Qurana qarşı çıxa bilməz. Gözəl nünunə olan Rəsulullah 9 yaşlı oyuncaqla oynayan bir uşaqla evlənə bilməz. Bu iddia sadəcə uydurulmuş rəvayətlərdə öz yerini alır. Tövratda peyğəmbərlər haqqında iftiralar yer aldığı kimi rəvayətlərdə də Allah və Rəsuluna iftiralar yer almaqdadır.

Yəni yeniyetməlik dövrünə girən qızlar hələ yetkin sayılmadığı üçün bu qərar Quranla ziddiyyət təşkil edir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bacıların göz yaşı

22.10.2018 / 14:00
 
Xəbər lenti
                    
Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi 15:30 Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi
                                      
ankara escort