Həbsdəki Məhəmməd Mursiyə daha 3 il cəza verildi

Həbsdəki Məhəmməd Mursiyə daha 3 il cəza verildi


2013-cü ildə hərbi çevrilişlə devrilən və həbs edilən Misirin eks-prezidentinə daha 3 il həbs cəzası verilib.

66 yaşlı siyasətçi məhkəmə məhkəmə heyətini təhqir etməkdə ittiham edilib. Mursi qərara 60 gün ərzində etiraz edə bilər.

Eyni istintaq çərçivəsində daha 19 nəfərə 3 il cəza verilib.

Qeyd edək ki, “Müsəlman Qardaşlar” təşkilatının üzvü olan M.Mursi 30 iyun 2012-ci ildə üsyan nəticəsində istefa verən Hüsnü Mübarəkin yerinə prezident seçilmişdi.

Lakin, 3 iyul 2013-cü ildə general Əbdülfəttah əl-Sisi hərbi çevriliş edərək hakimiyyəti ələ almış və Mursi də həbs edilmişdi. Mursi İsrailə casusluq etməkdə ittiham edilərək ömürlük həbs cəzası almış, daha sonra bu sübut edilmədiyi üçün Qətərə casusluq etdiyi bildirilərək cəzası 20 ilə endirilmişdi.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

17.01.2018 / 09:00
 
Xəbər lenti