Ərini öldürdü, məşuqunu şikəst etdi - FOTO

Ərini öldürdü, məşuqunu şikəst etdi - FOTO


Məşuqu ilə əlbir olaraq ərini öldürmək qərarına gələn qadın niyyətini gerçəkləşdirib.

Onun cinayəti tanınmış aktyorlar Con Travolta və Nikolas Keycin baş rolda oynadıqları, Hollivudun məşhur "Face off" filmini xatırladıb.

Cinayət Hindistanın Andhra-Pradeş ştatında, Telanqan bölgəsindəki Naqarkuruol şəhərində törədilib.

28 yaşlı Svati Reddi məşuqu Raceşlə "asudə yaşamaq" istəyirdi. Svati bunun üçün əri Sudhakar Reddini qətlə yetirmək qərarına gəlir və bu "iş"ə məşuqunu cəlb edir.

Svati ilə Raceş srağagün axşam saatlarında Sudhakarın içdiyi suya yuxu dərmanı qatıblar. Sudhakar Reddi yuxuya gedəndən sonra Svati ərinin başını kəsib. Raceş isə cəsədi şaqqalayıb, iki polietilen kisəyə yığıb.

Qadınla məşuqu həmin kisələri meşədə basdırıblar.

İzi itirmək istəyən Svati Reddi "plan"ının ikinci hissəsini gerçəkləşdirib və Raceşin razılığı ilə onun üzünə kimyəvi turşu töküb, məşuqunu eybəcərləşdirib.

Bu minvalla Svati məşuqunu əri kimi qələmə vermək istəyirdi.

Sudkaharın valideynlərinə "oğlunuz dəhşətli avtomobil qəzasına düşüb, xəstəxanaya aparıb üzündə plastik cərrahiyyə əməliyyatı olunmalıdır" deyib.

Lakin Sudhakarın valideynləri üzü turşudan eybəcərləşmiş Raceşə baxanda bu kişinin onların oğulları olmadığını anlayıblar.

Polis qadınla məşuqunu həbs edib.

Milli.Az

Ərini öldürdü, məşuqunu şikəst etdi - FOTO

Ərini öldürdü, məşuqunu şikəst etdi - FOTO
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort