Hörümçək dişlədi, ayaqlarını kəsdilər

Hörümçək dişlədi, ayaqlarını kəsdilər


Avstraliyada ağ quyruqlu hörümçək tərəfindən dişlənən gənc ayaqlarını itirib.

Gecce.az publika.az-a istinadən xəbər verir ki, hadisə Avstraliyanın Viktoriya əyalətinin, Birchip qəsəbəsində baş verib. Həftə sonunda Melbournedan Birchip qəsəbəsinə qohumlarını ziyarətə gələn Terri Parejanı sağ ayağından ağ quyruqlu hörümçək dişləyib. Ayağının şişdiyini görən gənc həkimə müraciət edib.
Horsham Wimmera Bələdiyyə Xəstəxanasının həkimləri infeksiya səbəbindən Parejanın sağ ayağının kəsiblər. İnfeksiyanın yayəlma təhlükəsinə görə müşahidə altında saxlanılan Pajeranın sol ayağını da xilas etmək mümkün olmayıb.
Təxminən bir aydır ki, xəstəxanada müalicə altında olan Parejanın vəziyyətinin stabil olduğu bildirilib.
Parejanın bacısı Raquel Oglebinin sözlərinə görə, infeksiya nəzarət altına alınmazsa həkimlər Pajeranın qollarını da amputasiya edəcəklər.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort