7 yaşlı uşağı qətlə yetirən məktəbli qız ömürlük həbs olundu

7 yaşlı uşağı qətlə yetirən məktəbli qız ömürlük həbs olundu


Britaniyanın York şəhərində 16 yaşlı məktəbli qız 7 yaşlı uşağı qətlə yetirdiyinə görə məhkəmə tərəfindən ömürlük həbs cəzası alıb.


O, Keti Rufun boyun və döş nahiyələrinə bir neçə bıçaq zərbəsi vurub. Ketinin meyiti uşaq meydançasında aşkar edilib. Qətli törədən qız özü hadisə yerinə polis və təcili yardım çağırıb. Məktəbli günahını etiraf edib və qətli uşağın robot olub-olmadığını yoxlamaq üçün törətdiyini bildirib.
Həkimlər onda psixi pozğunluq qeydə alıblar.

O, qətli törətməmişdən bir neçə gün əvvəl səs eşidib və ətrafdakı insanlar ona robot kimi görünüb. Qız hətta sosial şəbəkədə də bu barədə yazıb. Lakin heç kim onun statusuna əhəmiyyət verməyib. O, dindirilmə zamanı daima depressiyada olduğunu bildirib.

Hakim onu ömürlük həbsə məhkum edib, lakin 5 ildən sonra qız appelyasiya şikayəti verə bilər. Məhkəmə prosesində o, bir kəlmə belə danışmayıb. (report)
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti