Ana onu qonşusu ilə yataqda tutan 10 yaşlı oğlunu yastıqla boğdu

Ana onu qonşusu ilə yataqda tutan 10 yaşlı oğlunu yastıqla boğdu


Türkiyənin Sakarya şəhərinin Karasu qəsəbəsində dəhşətli qətl hadisəsi qeydə alınıb.

Gecce.az milli.az-a istinadən xəbər verir ki, 10 yaşlı Necmi Talha K. yataqda tutduğu doğma anası Zeynep K. və qonşusu K.Y. tərəfindən yastıqla boğularaq öldürülüb.

Zeynep qətli törətdikdən sonra polis idarəsinə gedərək törətdiyi cinayəti etiraf edib. Qadın "Oğlum, öldü, evdədir indi" deyib.

İstintaq zamanı uşağın yastıqla boğularaq öldürüldüyü məlum olub.

Zeynep K. oğlunu dərsə getmədiyi üçün öldürdüyünü desə də, polis ondan həqiqəti deməsini tələb edib. Zeynep K. sonra ifadəsini dəyişdirərək, oğlunun bu səhər onları yataqda tutduğunu, bu səbəbdən də K.Y. ilə birlikdə Necmi Talhanı öldürdüklərini söyləyib. Zeynep K. ilə K.Y.-nın dindirilməsi prosesi davam edir.

Maraq üçün bildirək ki, Necmi V sinifdə oxuyurdu. Sinifin əlaçı şagirdi olan uşağın qətl xəbəri məktəbi yasa boğub.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti