Ukrayna hakimiyyəti Saakaşvilini deportasiya edir

Ukrayna hakimiyyəti Saakaşvilini deportasiya edir


Ukrayna hakimiyyəti yaxın 14 gün ərzində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini deportasiya edəcək.

Onun ölkədən uzaqlaşdırılması xüsusi əməliyyat vasitəsilə həyata keçiriləcək.

Saakaşvili Gürcüstana deyil, üçüncü ölkəyə deportasiya ediləcək. Bu ölkənin Polşa olacağı istisna edilmir.

Keçmiş prezidentlə əlaqəsi olan daha 8 nəfər ölkədən uzaqlaşdırılıb.

Deportasiya səbəbi kimi miqrasiya qanununun pozulması göstərilir.

Saakaşvilinin yaxın silahdaşı Koba Nakopiya deyir ki, bu qanunsuzdur, əsasında siyasi məqsədlər dayanır.

AzNews.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti