Paltaryuyan maşının içində uşaq meyiti tapıldı

Paltaryuyan maşının içində uşaq meyiti tapıldı


Rusiyanın Maqadan vilayətində paltaryuyan maşının içində 5 yaşlı qız uşağının meyiti tapılıb.

İstintaq komitəsi faktla bağlı bir neçə variant üzərində işləyir.

Məlumata görə, uşaq son 6 saat ərzində evdə tək olub. Versiyalardan biri odur ki, faciənin səbəbi mexaniki asfiksiya ola bilər.

Qeyd edək ki, asfiksiya kəskin tənəffüs çatışmazlığının ən ağır formasıdır. Bu zaman orqanizmə oksigen daxil olmur və karbon qazı xarici mühitə verilmir.

Tibbi ekspertizanın rəyindən sonra ölümün hansı səbəbdən baş verməsi aydınlaşacaq.

AzNews.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti