Qardaşları ac qalmasın deyə oğurluq edən 12 yaşlı uşaq özünü öldürdü

Qardaşları ac qalmasın deyə oğurluq edən 12 yaşlı uşaq özünü öldürdü


Avstriyadakı qaçqın düşərgəsində 12 yaşlı oğlan intihar edib.

12 yaşlı oğlanın intiharı ilə bağlı avstriyalı rəsmilər araşdırma aparırlar.

Deyilənə görə, 12 yaşlı məktəbli mağazadan 6 avro pul oğurladığı zaman tutulduğuna görə canına qəsd edib.

Oğlan 6 qardaşı ac qalmasın deyə oğurluq edib. Onun qardaşlarından biri Daun sindromuludur. Onlar ötən ildən bəri qaçqın düşərgəsində yaşayırlar.

Oğlan alman dilini bilirdi və şəhərin mərkəzi hissəsində yaşayırdı. O, oğurluq səbəbindən ailəsi deportasiya edilməsin deyə intihar edib.

Milli.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti