Rusiyada “Porsche”də azərbaycanlının meyiti tapılıb

Rusiyada “Porsche”də azərbaycanlının meyiti tapılıb


Rusiyanın Naro-Fominsk şəhərində xəstəxananın həyətində içərisində cəsəd olan avtomobili qoyub gedən naməlum şəxs axtarılır.

Gecce.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Lenta.ru-ya hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Onun sözlərinə əsasən, yerli vaxtla saat 18:00-da Novikov küçəsində yerləşən xəstəxananın həyətində baqajı açıq olan “Porsche” markalı avtomobil dayanıb. Sürücü dərhal avtomobildən çıxaraq qaçıb.

Ətrafdakı insanlar “Porsche”də sərnişin oturacağında daha bir nəfərin olduğunu görüblər. Əvvəlcə kişinin yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü güman edilsə də, sonradan həkimlər onun bədənində bıçaq yaraları aşkar ediblər.

Ölən şəxsin Azərbaycan vətəndaşı X.Nərimanov olduğu müəyyən edilib. Bildirilir ki, o, Kalujskaya vilayətində qeydiyyatda olub. Hazırda müstəntiqlər onun yaxınları ilə əlaqə saxlamağa çalışırlar.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti