Sevgilisinə ərini öldürtdü - Dəhşətli qətlin təfərrüatı

Sevgilisinə ərini öldürtdü - Dəhşətli qətlin təfərrüatı


Türkiyədəki dəhşətli qətllə bağlı diqqət çəkən detallar ortaya çıxıb.

Konyanın Altınekin qəsəbəsində Ali Sarını (37) tarlasında tapançayla başından vuraraq öldürdüyü iddia edilən əmisi oğlu İskender Sarı (47) ilə birgə işbirliyində adı çəkilən Zekiye Sarı (31), məhkəmə zalında həbs edilib. İskender Sarı ifadəsində Zekiye Sarı ilə 6 aydır münasibətdə olduğunu, Alinin də bu münasibətdən şübhələndiyi üçün öldürdüyünü etiraf edib.

Olay 2 noyabr günü baş verib. Qəsəbədə əkinçiliklə məşğul olan 2 uşaq atası Ali Sarı səhər saatlarında başından tapançayla vurularaq öldürülmüş halda tapılıb.

Şübhəli İskender Sarı ifadəsində əmisi oğlu Ali Sarının həyat yoldaşı Zekiye Sarı ilə 6 aydır eşq yaşadıqlarını deyib.

Bundan sonra da Zekiye Sarının Ali Sarını öldürməyini istədiyini iddia eden İskender Sarı ''Zekiye Sarı mobil telefonuma "Onu öldürək və canımız qurtasın. Yoxsa bizi kənddə biabır edəcək" mesaj yazdı. Mesajdan sonra tarlaya getdim. Traktorun üstündə bir müddət söhbət etdik. Daha sonra tapançayla başına atəş açaraq öldürdüm".

İskender Sarı ifadəsində Ali Sarını öldürdükdən sonra təxminən yarım saat ağladığını və daha sonra Zekiye Sarının yanına getdiyini söyləyib: ''Zekiye çay dəmlədi. Oturub çay içdik. Daha sonra bir-birimizə sarılıb ağladıq. Zekiyeni çox sevirəm, ona aşiqəm. Alini öldürdüyüm üçün peşmanam. İndiki ağlım olsa, öldürməzdim".

Zekiye Sarı isə İskender Sarı ilə aralarında olan münasibəti etiraf edərək bunları deyib:

"Ərimin qadınlarla birlikdə olduğunu bilirdim. Ondan intiqam almaq istədim. Ali mobil telefonumda isimsiz olaraq gələn bir mesajı gördü. "Mən bu nömrəni polisə verib kim olduğunu ortaya çıxaracağam" dedi. O nömrəni versəydi, bizim münasibətimiz də ortaya çıxacaqdı. Mən də bundan qorxdum. İskenderə mesaj yazıb, vəziyyəti danışdım: "Ondan xilas ol, bizi kənddə rəzil edəcək" dedim".

BiG.AZ
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti