Nənə nəvəsini sobada yandırdı

Nənə nəvəsini sobada yandırdı


Qazaxıstanda 62 yaşlı qadın nəvəsini sobaya atıb.

Qazaxıstanın Dubrovno kəndində 62 yaşlı qadın yenidoğulmuş nəvəsini sobaya ataraq yandırıb. Uşaq yanğının təsirindən hadisə yerində ölüb. Yenidoğulmuş qız uşağının anası onu qayınanasına verərək 9 yaşlı oğlu ilə mağazaya gedibmiş. Evə qayıdanda oğlan bacısının sobada yandığını görüb.

Təqaüdçü qadının uzun müddət alkoqol düşkünü olduğu bildirilir, lakin cinayəti törətməzdən əvvəl içkini tərgitməyi qərara alıb. Körpəyə qarşı belə aqressiv olmasının səbəbi hələ də bilinmir.

Uşaqın öldürülməsi ilə bağlı artıq cinayət işi açılıb. Onun nənəsi saxlanılıb. Onu 20 ilədək həbs cəzası gözləyir.


AzNews.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Astarada intihar

21.11.2017 / 13:00
 
Xəbər lenti