Nigeriyanın STV kanalında Azərbaycan dolması bişirildi

Nigeriyanın STV kanalında Azərbaycan dolması bişirildi


Nigeriyanın STV telekanalında məşhur aparıcı Gina Ehikodinin "Foodies & Spice" yemək verilişində Azərbaycan mətbəxindən bəhs edilib.

Gecce.az-ın AzərTac-a istinadən xəbərinə görə, verilişin qonağı, Nigeriyada yaşayan yeganə azərbaycanlı Billurə Bayramova tamaşaçılara dolmanın hazırlanma qaydasından danışıb. O, aparıcıya yarpaq dolmasının içliyində istifadə olunan inqrediyentləri, hazırlama özəlliyi, dolmanın süfrəyə verilmə qaydasını izah edib.

Həmyerlimiz veriliş boyu həmçinin, Azərbaycan tarixi, musiqisi, mətbəxi, mədəniyyəti haqqında məlumat verib.

Aparıcı Gina Ehikodi verilişdə silsilə olaraq Azərbaycan mətbəxinin yeməklərinin təqdim ediləcəyi barədə məlumat verib.

Qeyd edək ki, məşhur aparıcı Gina Ehikodinin "Foodies & Spice" yemək verilişi şənbə günləri Nigeriyanın WAPTV, RAVE TV, TVC telekanalları ilə də canlı yayımlanır.

Nigeriyanın STV kanalında Azərbaycan dolması bişirildi

Nigeriyanın STV kanalında Azərbaycan dolması bişirildi
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti