Bu ölkədə sevgililərə ilin sonuna qədər möhlət verildi - “Evlənin”

Bu ölkədə sevgililərə ilin sonuna qədər möhlət verildi - “Evlənin”


Şərqi Afrikanın Burundi ölkəsində evlilikdən kənar münasibətlər qadağan olunub və sevgililərə evlənmələri üçün ilin sonuna qədər möhlət verilib.

Şərqi Afrikanın Burundi dövlətində hökumət qeyri-rəsmi nikahların qarşısını almaq üçün yeni bir üsula əl atıb. Burundi prezidenti Pyer Nkurunziza ölkədə nikahdan kənar münasibətlərin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb.

Hal-hazırda nikahdan kənar münasibətdə olan cütlüklərə də ilin sonuna qədər münasibətlərini rəsmiləşdirmək üçün vaxt verilib.

Yeni təcrübənin tətbiqində məqsəd cəmiyyətin mənəvi dəyərlərini qorumaq, qadınların və uşaqların problemlərini aradan qaldırmaqdır.

Qeyri-rəsmi münasibətlərin çox olduğu Burundidə bu əlaqələrdən doğulan uşaqlar mirasdan yararlana bilmirlər və qadınlar üçün də hər hansı bir hüquqi status yoxdur.

Ölkədə bir qrup insan bu təcrübənin cəmiyyətin inancına, mədəniyyətinə və ənənəsinə zidd olduğunu iddia edir.

AzNews.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti