2600-cü ilə kimi bəşəriyyət məhv olacaq - ŞOK XƏBƏRDARLIQ

2600-cü ilə kimi bəşəriyyət məhv olacaq - ŞOK XƏBƏRDARLIQ


Bəşəriyyət 2600-cü ilə kimi yox ola bilər.

Publika.az “Nyu York Post” nəşrinə istinadən xəbər verir ki, bu haqda britaniyalı məşhur fizik Stiven Xokinq xəbərdarlıq edib. Alimin fikrincə, Yer kürəsinin əhalisi artacaq, enerji istehlakı yüksələcək və planet “alışan alovlu kürəyə” çevriləcək. Onun fikrincə, yalnız həyat üçün yararlı planet tapmaqla faciədən xilas olmaq olar.

Fizik investorları onun “Breakthrough Starshot” layihəsini dəstəkləməyə çağırıb. Layihə “Sentavre Alfa”ya - Günəş sisteminə ən yaxın ulduza səyahəti nəzərdə tutur. Alim hesab edir ki, onun ətrafında həyat üçün yararlı planet ola bilər.

Stiven Xokinq bildirib ki, “Breakthrough Starshot” layihəsi çərçivəsində uçuş aparatı ulduza işıq sürəti ilə iyirmi il ərzində çata biləcək. Halbuki, onun sözlərinə görə, müasir kosmik gəmilərə bunun üçün təxminən otuz il lazımdır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti