Telman İsmayılovun 1,4 milyardlıq otelində işıqlar da kəsildi

Telman İsmayılovun 1,4 milyardlıq otelində işıqlar da kəsildi


İş adamı Telman İsmayılovun Antalyada 1,4 milyard dollarlıq otelində borc ucbatından yaranan sıxıntılar çoxalıb.


Avqustdan müştəri qeydiyyatını dayandıran otelin suyu kəsilmişdi. İndi isə oteldə borc ucbatından işıqlar kəsilib.

2009-cu ildə Peris Hilton, Riçard Kir, Şeron Stoun, Meray Keri, Monika Belluççi kimi ulduzların açılışına qatıldığı beşulduzlu otel günü-gündən geri gedir. Dünyanın ən lüks oteli seçilən “Mardan Palace” daha əvvəl də bank borclarına görə məhkəməlik olmuş və səhmlərini satışa çıxarmışdı.

Oktyabrın əvvəlində otelin su idarəsinə 2 milyon lirə (təxminən 1 milyon manat) borcu olduğu ortaya çıxıb.

Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılov oteli 180 min kvadratmetrlik məkanda inşa etdirib. Tikilişi zamanı 500 min büllurdan və 10 min metrlik qızıldan istifadə edilib.

“AST” Telmanın müflis olma xəbəri uzun müddətdir mediada yazılır.

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti