Həkimlərin səhvinə görə dəyişik düşən körpələrin sirri dörd il sonra açıldı

Həkimlərin səhvinə görə dəyişik düşən körpələrin sirri dörd il sonra açıldı


Çində gözlənilməz hadisə baş verib.

Dörd il əvvəl dünyaya uşaq gətirən Çzi Qoxua adlı qadın böyütdüyü oğlan uşağının dörd il sonra onun övladı olmadığını öyrənib.

Hadisə isə belə baş verib. Eyni palatada yatan qadınlar hər ikisi oğlan uşaqları dünyaya gətirib. Həkimlərin səhvi ucbatından onların uşaqları valideynlərə səhv təqdim edilib. Bunu qan analizi zamanı Çzi Qoxuanın uşaq bağçasında işləyən bacısı aşkar edib.

Məlum olub ki, hər iki ailə elə bir binada yaşayırlar. Hər iki ailə həkimləri məhkəməyə verərək dava açıblar.

Xəstəxana rəhbərliyi səhvini etiraf edərək baş verən hadisəyə görə təzminat ödəməyə hazır olduğunu bildirib. Valideynlər isə uşaqlarını dəyişməyiblər. Fikirləşiblər ki, uşaqlara bu çətin olar.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Astarada intihar

21.11.2017 / 13:00
 
Xəbər lenti