PKK ilə şiddətli atışma - Türkiyə 8 şəhid verdi, 39 terrorçu öldürüldü

PKK ilə şiddətli atışma - Türkiyə 8 şəhid verdi, 39 terrorçu öldürüldü


Bu gün dumanlı hava şəraitindən istifadə edərək Şimali İraqdan Türkiyə ərazisinə daxil olmağa cəhd edən PKK terrorçuları ilə Türkiyə ordusu güclü arasında atışma olub.

Tunceli və Hakkari bölgəsində baş verən atışma zamanı 6 əsgər və 2 qarovul şəhid olub, 2 əsgər isə yaralanıb.

Daha sonra bölgəyə əlavə dəstək qüvvələri yeridilib. Keçirilən əməliyyat nəticəsində Hakkaridə 17, Tuncelidə 5 və Şırnakda isə 17 terrorçu olmaq, ümumilikdə PKK-nın 39 üzvü məhv edilib.

Hadisədən sonra açıqlama verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, sonuncu terrorçu məhv edilənə qədər əməliyyatların davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, ötən ay keçirilən əməliyyatlarda PKK-nın 152 terrorçusu zərərsizləşdirilib, 129 sığınacağı məhv edilib.

Atışmalar zamanı 14 əsgər şəhid olub, 38 polis və 3 sivil vətəndaş isə yaralanıb. Bundan başqa, terrorçuluqda şübhəli bilinərək saxlanılan 338 nəfərdən 183-ü həbs edilib.

Bu gün şəhid olan 8 nəfər aşağıdakılardır:

PKK ilə şiddətli atışma - Türkiyə 8 şəhid verdi, 39 terrorçu öldürüldü

PKK ilə şiddətli atışma - Türkiyə 8 şəhid verdi, 39 terrorçu öldürüldü

PKK ilə şiddətli atışma - Türkiyə 8 şəhid verdi, 39 terrorçu öldürüldü

PKK ilə şiddətli atışma - Türkiyə 8 şəhid verdi, 39 terrorçu öldürüldü


“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti