60 terrorçu təslim oldu - “Sülh proqramı” nəticə verir

60 terrorçu təslim oldu - “Sülh proqramı” nəticə verir


Əfqanıstanın şərqindəki Kunar vilayətində “Taliban” teror təşkilatının 60 üzvü silahları ilə birlikdə hökumətə təslim olublar.

Kunar valisi Vahidullah Klimzey təslim olanların bundan əvvəl Kunarın Sukai və Xas rayonlarında terror fəaliyyəti göstərdiklərini deyib:

“Təslim olanların arasında təşkilatın regiondakı sözdə rəhbərləri də var. Terrorçuların “Sülh Proqramı”na cəlb olunması region təhlükəsizliyi üçün vacibdir. Digər terrorçuları də bu proqrama qatılmağa çağırırıq”.

Qeyd edək ki, Əfqanıstanda 10 ildən artıqdır davam edən müharibəni siyasi danışıqlar yolu ilə başa vurmaq üçün ölkənin Ali Sülh Şurası “Sülh Proqramı” adı altında təcrübə aparır. Hökumət proqram çərçivəsində təslim olan terrorçulara maddi dəstək göstərir və işlə təmin edir.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti