“Ona 13 yaşım və bakirə olduğumu dedim”

“Ona 13 yaşım və bakirə olduğumu dedim”


Rusiyada yaşayan iki azərbaycanlı gəncin rus qızlarla əyləncəsi onların həbsxanaya düşməsi ilə nəticələnib.

Hadisə 2009-cu il yanvarın 26-da Rusiyanın Surqut şəhərində baş verib.

Kürdəmir rayon sakini, 1982-ci il təvəllüdlü Seymur Eyvazov bibisi oğlu Həsən Orucovla birgə əylənmək qərarı veriblər. Buna görə tanışları – 1993-cü il təvəllüdlü Diana və 1995-ci il təvəllüdlü Ekaterinanı da çağıraraq Profsoyuz küçəsində kirayə tutduqları evə gediblər.

Qızlardan biri, Ekaterina Bakıya gələrək istintaqa ifadə verib və həmin mənzildə başına gələnləri danışıb. O deyib ki, həmin il yanvarın 24-dən 26-dək tanışları Əkbərin evində qalıblar, sonra isə Seymur ona zəng edərək görüşmək istədiyini deyib: “Görüşdük, bir yerdə onların mənzilində pivə içməyə getdik. Seymurun qohumu Oruc da bizimlə idi. İçəndən sonra mənə Dianaya hədə-qorxu gəlib soyunmağımızı, əks təqdirdə çoxlu adam çağırıb zorlayacaqlarını dedilər. Seymur məni sillə ilə vurub itələdi, yıxıldım. Qorxumuzdan soyunduq, Oruc Diananı mətbəxə apardı, Seymur isə məndən divanda uzanmağımı tələbə etdi. Mən ona 13 yaşımın olduğunu, bakirə olduğumu dedim. Buna baxmayraq o mənimlə zorla qeyri-təbii yolla cinsi əlaqədə oldu.

Bir qədər sonra Diana ağlayaraq otağa gəldi, ardınca da Oruc gəldi. O Diana və Seymura otaqdan çıxmağı tapşırdı. Oruc bu dəfə mənimlə əvvəlcə qeyri-təbii yolla, sonra isə təbii yolla əlaqədə oldu. Müqavimət göstərəndə Oruc məni itələdi, ayağım divana dəyərək xəsarət aldı. Həmin vaxt Diananın da mətbəxdən qışqırıq səsləri gəlirdi. Oruc Diana ilə də təbii yolla əlaqədə olmuşdu.

Gecə saat 4-də bizi oradan göndərdilər, başımıza gələnlər haqda valideynlərimizə danışdıq və polisə şikayət etdik”.

Rusiyada məhkumluq həyatı yaşayan O.Həsənov da ifadə verərək baş verənləri təsdiqləyib. Amma deyib ki, Diana və Ekaterina özləri onlarla getmək istəyib: “Qızların təklifi ilə 150 rubla kirayə ev tutduq, Diana ilə Ekaterinaya pul verdim ki, gedib pivə alsınlar. Onlar da 4 pivə, 4 enerji içkisi, 2 qutu da prezervativ almışdılar. İçəndən sonra mən Diana ilə mətbəxdə tək qalan vaxt onunla əlaqədə olmaq istədiyimi dedim, o isə etiraz etdi. Mən də əsəbləşərək mənzil və içkilərə bu qədər xərclədiyimi və buraya onlarla cinsi əlaqədə olmaq üçün gəldiyimi dedim. Mən onu döymədim, sadəcə razılaşmasa köynəyini cıracağımı dedim. Sonra Diana paltarlarını çıxartdı, onunla əlaqədə oldum. Sonra otağa keçib Yekaterinaya da eyni təklifi etdim, razılaşmasa paltarlarını cıracağımı dedim. Onunla da təbii yolla əlaqədə oldum. Həmin vaxt Diana və Seymur mətbəxdə idi.

Mən qızların yaşının az olduğunu bilmirdim, görünüşlərinə görə böyük olduqlarını düşündüm. Sonra evin açarlarını qızlara verib Seymurla kazinoya getdik. Təxminən saat 6-da qayıtdıq, onlar hələ də evdə idilər”.

O.Həsənov Rusiya vətəndaşı olduğu üçün orada məhkum edilib və 4 il 6 ay cəza verilib. S.Eyvazovun cinayət işinə isə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Tamella Nəsrullayeva ona da bibisi oğlu ilə eyni cəzanı verib.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti