Dünya 19 noyabrda dağılacaq YENİ PROQNOZ

Dünya 19 noyabrda dağılacaq YENİ PROQNOZ


Astrofiziklər dünyanın sonunun yeni tarixini açıqlayıblar.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, noyabrın 19-da sirli planet hesab olunan Nibiru Yerə yaxınlaşacaq.

Alimlər hesab edir ki, toqquşma olmasa da, ciddi yaxınlaşma gözlənilir. Bu yaxınlaşma Yerin qravitasiya sahəsində kataklizmlər törədə bilər. Bu isə vulkan püskürmələri və güclü zəlzələlərlə müşayiət olunacaq.

Nibiru və ya Şeytan planeti və ya Marduk — Günəş sistemində səyahət edən mifik planet olmaqla Yer planetindən 4 dəfə böyükdür.

Bəzi tədqiqatçıların iddialarına görə, bu səmavi cisim Şumer mətnlərində 12-ci planet kimi təsvir olunub. Əfsanəyə görə, planet hər 3600 ildən bir Mars və Yupiter arasında peyda olur.

Yer Nibiru və Günəş planetinin arasından keçərsə, maqnit qütblərinin qarışmasına gətirib çıxaracaq. Bu da nəticə etibarilə Yerin öz oxunu dəyişməsinə səbəb olacaq.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti